30 iyul 2020 19:26
305

Şənbə və bazar günləri avtobuslar işləməyəcək

31 iyul və 3 avqust tarixlərində isə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək

 

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 1 avqust gecə 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, 31 iyul və 3 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.