18 may 2020 20:32
529

Şənbə və bazar günləri çox ciddi karantin rejimi tətbiq edilə bilər

Epidemioloji vəziyyət nəzərə alınmaqla, bayram günlərində və həftə sonlarında karantin rejimində dəyişikliyin olmasını təklif edə bilərik.

Trend-in məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu təcrübə başqa ölkələrdə, o cümlədən Türkiyədə də var: "Türkiyədə şənbə və bazar günləri çox ciddi karantin rejimi tətbiqi edilir. Azərbaycanda epidemioloji vəziyyət nəzərə alınmaqla, bu, tətbiq edilə bilər"