10 iyul 2020 13:16
563

Şərurda dezinfeksiya tədbirləri görülür

Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən Şərur rayonunda, ümumilikdə, 240 min kvadratmetr yol və səkilər dezinfeksiya edilib.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, rayonun Arbatan, Dərvişlər, Arpaçay, Çəmənli, Qarahəsənli, Ərəbyengicə, İbadulla, Qışlaqabbas, Tumaslı, Diyadin, Vərməziyar və Ələkli kəndlərinin mərkəzi və məhəllə yolları, kənd və xidmət mərkəzləri, mərasim evlərinin qarşısı xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə və dezinfeksiya avtomobilləri ilə dezinfeksiya olunub.