06 aprel 2020 11:18
2149

Şeyma Subaşı koronavirusa üsyan etdi: Hər gün ağlayıram - FOTO

Koronavirus səbəbiylə uzun müddətdir ki, qızı Melisadan ayrılan Şeyma Subaşı sosial mediada izləyicilərinə ağlayarkən çəkdirdiyi şəklini paylaşıb. Ş.Subaşı “Qızımı görmək istəyirəm. Hər gün ağlayıram” deyə paylaşım edib.

“İki sahil” xəbər verir ki, ötən ay xaricdən gələn italyan sevgilisi Guido Senia ilə karantinə alınan Şeyma Subaşının qızı atası Acun Ilıcalı ilə birlikdə Dominikana getmişdi. Bir aydan çoxdur ki, qızından ayrı qalan Subaşı koronavirusunun yayılması və məktəblərin bağlanması səbəbindən depresiyalı günlər keçirir.

Ş.Subaşı “İnstaqram” hesabındakı hekayə bölümündə ağlayarkən  çəkilmiş bir fotosunu paylaşıb.

Sosial media fenomeni “Həqiqətən niyə arıqladım, bədbəxt və ruhdan düşdüm? Qızımı görmək istəyirəm. Hər gün ağlayıram. Mən nələrin öhtəsindən gəldim, amma bu məsələdə əlim-qolum  bağlanıb. Lənətə gəlsin koronavirus" deyə paylaşım edib.