16 avqust 2019 11:29
97

“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınan yüklərin təhlükəsizliyini və sərnişinlərin rahatlığını təmin etmək məqsədilə işçi qrupu yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Şəhərsalma və yollar naziri Məhhəməd İslami məlumat verib.

O bildirib ki, avqustun 15-də Soçidə İran, Azərbaycan və Rusiyanın nəqliyyat nazirləri arasında görüş keçirilib. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması və fəaliyyəti müzakirə edilib. Qərara alınıb ki, tərəflər birgə müəssisələr yaradaraq yük və sərnişinlərin daşınmasında fəal iştirak etsinlər.

Nazir bildirib ki, müzakirələr səmərəli olub və tərəflər prinsipial məsələlərə dair razılığa gəliblər.