05 fevral 2019 10:52
88

Şimal dənizində böyük qaz kəşfi

Çinə mənsub konsorsium Şimal dənizində, Böyük Britaniya kontinental şelfində böyük qaz yatağının kəşfinə imza atıb. Bu kəşfin Britaniyanın ofşor sənayesində böyük inkişafa səbəb olacağı güman edilir.

Çinin “CNOOC” şirkətinin rəhbərliyi ilə “Glengorm” yatağında aparılan kəşfiyyat işləri nəticəsində 250 milyon barrel neft ekvivalenti həcmində bərpa olunan ehtiyat əldə olunub ki, bu da Böyük Britaniyanın illik qaz tələbatının 5%-ni təmin edir.

Xatırladaq ki, ötən il Fransanın “Total” şirkəti Şimal dənizində “Glendronach” yatağını kəşf etmişdi. “Wood Mackenzie” araşdırma şirkətinin analitiki Kevin Svan ardıcıl olaraq belə iri yataqların kəşfinin Böyük Britaniya sularının hələ də canlı və məhsuldarlığını sübut etdiyini bildirib.