03 dekabr 2020 14:44
437

Şimali Kiprin yeni prezidenti Bakıya gəlir

Şimali Kipr Türk Cümhuriyyətinin yeni seçilmiş prezidenti Ersin Tatarın gələn həftə Azərbaycana səfəri gözlənilir.

"İki sahil" xəbər verir ki, Ersin Tatar dekabrın 10-da Bakıda keçiriləcək qələbə paradında iştirak edəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da paradda iştirakı gözlənilir.

Qələbə paradında Vətən Müharibəsində düşməndən qənimət kimi ələ keçirilmiş hərbi texnikalar nümayiş etdiriləcək.