07 avqust 2019 16:58
214

Şimali Koreya bunu da etdi İDDİA

Şimali Koreya raket istehsal edə bilmək üçün kiberhücumlar yolu ilə 2 milyard dollar əldə edib.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir.

Şimali Koreya həmçinin, gəmidən gəmiyə yolu ilə BMT-nin sanksiyalarını pozub. Əlavə olaraq kütləvi silahlar əldə edib. Təhlükəsizlik Şurasının sanksiyalarla bağlı komissiyasına təqdim edilən sənədə görə, rəsmi Pxençan bu hücumlarda bankçılıq və kriptovalyuta sektorunu hədəf alıb. Təşkilat Şimali Koreyaya 35 kiberhücumla bağlı istintaq işi açıb.

Qeyd edək ki, BMT 2006-cı ildən bəri Şimali Koreyaya kömür, dəmir, güllə və dəniz məhsulları ixracatına embarqo qoyub.