17 mart 2020 18:12
948

Şirvanda ölümlə nəticələnən yol qəzası olub

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 16-da saat 19 radələrində Şirvan şəhər sakini F.Ocaqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Səkinə Vəliyevanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.