11 yanvar 2020 20:21
622

Şotlandiyada müstəqillik tərəfdarları yürüş ediblər

Şotlandiyanın Qlazqo şəhərində on minlərlə müstəqillik tərəfdarı yürüş edib. Yürüş edənlər referendumun keçirilməsini və Şotlandiyanın müstəqil olmasını tələb ediblər.

Səhər saatlarında başlayan mitinq Qlazqo mərkəzi parkında davam edib. Etirazçılar aksiyanın davamlı olacağını söyləyiblər.

Lakin Britaniya hökuməti müstəqilliklə bağlı növbəti səsverməni dəstəkləmədiyini açıqlayıb.

Xatırladaq ki, 2014-cü ildə keçirilən müstəqillik referendumunda əhalinin 55 faizi Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalması üçün səs vermişdi. //AZƏRTAC