12 avqust 2020 15:45
801

Şotlandiyada qatar relsdən çıxaraq yanıb

Şotlandiyanın şimal-şərqindəki Stonheyven şəhəri yaxnılığında sərnişin qatarı relsdən çıxıb.

Qəzaya səbəb gecə boyunca yağmış leysan yağış olub.

Qatar relsdən çıxdıqdan sonra yanmağa başlayıb. Xəsarət alanların olduğu deyilir.

Hadisə yerinə polis əməkdaşları, xilasedicilər, eləcə helikopter cəlb edilib. //Trend