13 yanvar 2020 10:53
445

Şri-Lankada sərnişin təyyarəsi təcili eniş edib

Səudiyyə Ərəbistanının Ciddə şəhərindən İndoneziyaya uçan “Thai Airway” şirkətinə məxsus təyyarə Şri-Lankada təcili eniş edib.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsindəki sərnişinlərdən ikisinin ölməsi olub.

Bildirilir ki, sərnişinlərin halı qəfil pisləşib və onların həyatını xilas etmək mümkün olmayıb. Təyyarə yerli vaxtla 02:45-də Surabaya hava limanına eniş etməli imiş.

Ölən sərnişinlərin (kişi və qadın) İndoneziya vətəndaşları olduğu bildirilir.