23 aprel 2019 10:09
672

Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 310-a çatıb

Şri-Lankanın paytaxtı Kolomboda və Neqombo şəhərində 3 kilsə və 3 hoteldə, ardınca isə digər iki məkanda törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 310-a çatıb. Təxminən 500 nəfər yaralı var.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu gecədən etibarən ölkədə fövqəladə vəziyyətin tətbiqinə başlanılıb. Aprelin 21-dən isə komendant saatı qüvvədədir.

Hadisə ilə bağlı 40 nəfərin saxlanıldığı bildirilir. Hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməsə də, hakimiyyət orqanları hücumlarda “Tövhid camaatı” qruplaşmasını ittiham edib.