04 fevral 2019 12:24
240

Şübhəli şəxs həbs edilib

Mebel anbarından kompyuter və 5000 manat dəyərində mebel üzlüklərini oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib.

DİN Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın 2018-ci il dekabr ayının 29-dan 31-dək olan müddətdə Ə.Rəcəbli küçəsindəki mebel anbarından kompyuter və 5000 manat dəyərində mebel üzlüklərinin oğurlandığını bildirib.

Müraciətlə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.