23 noyabr 2020 14:39
1320

Şuşa meşəsində 6 gün gizlənən erməni polis... - VİDEO

Sülhməramlıların iştirakı ilə Şuşada erməni tərəfinin meyitlərinin toplanması zamanı bir nəfər erməni polis əməkdaşı sağ vəziyyətdə tapılıb.

Publika.az xəbər verir ki, bu barədə xəbəri "Sputnik Armenia" saytı yayıb.

Bildirilib ki, sözügedən polis əməkdaşı 6 gün meşədə yaralı vəziyyətdə gizlənib. O, hərbçilər tərəfindən sağ aşkarlanıb. Digər tapılan şəxslərin hamısı ölü olub.