25 noyabr 2020 18:00
756

Şuşada 27 ildən sonra ilk taksimiz - VİDEO

Şuşada 27 ildən sonra ilk taksimiz görünüb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, Şuşa şəhəri Azərbaycanın rəşadətli ordusu tərəfindən noyabrın 8-də azad edilib.

Bundan sonra, şəhərin girişində Azərbaycan bayrağı rəngində Şuşa yazısı yazılıb. 27 ildən sonra Gövhər ağa məscidində ilk azan səslənib. Şəhərdə həyat qaydasına düşməyə başlayır, elektrik enerjisi verilib, nəqliyyat infrastrukturu bərpa olunur, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam edir.