08 avqust 2019 12:31
184

Şuşada yol qəzası olub, iki erməni ölüb

Azərbaycanın işğal altında olan Şuşa şəhəri yaxınlığında “Ford” markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində 2 nəfər ölüb.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, hadisə Gorus-Xankəndi avtomobil yolunun 72 km-liyində baş verib.

Bildirilib ki, avtomobil 80 metrlik dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü 1958-ci ildə anadan olmuş Qaregin Arutyunyan və sərnişin Elxan Ovsepyan ölüb.

Hadisənin səbəbi araşdırılır.