24 iyul 2019 11:37
702

Sibirdə dünyanı sarsıdan fəlakət –  Rusiya müdaxilə etməyəcək

Sibirdə 1 milyon 8 min hektar meşə yanıb.

"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, bölgədə bir ay əvvəl başlayan meşə yanğınları indi də davam edir.

Krosnayarski və İrkutski bölgələrində 112 meşə sahəsinin yandığı təsbit edilib. Yanğınlar səbəbindən bölgədə temperatur normadan 10 dərəcə yüksəlib. Yanğınlardan çıxan tüstü dünyan ekologiyasına ciddi təsir göstərir.

Hesablamalara görə, bu, dünyada avtomobillərin 3 ay ərzində buraxdığı zəhərli qazlardan çoxdur.

Rusiya Fövqəladə Hallar Nazirliyi Sibirdə meydana gələn n yanğınlara müdaxilə etməmək qərarına gəlib. Buna səbəb müdaxilənin nəticə verməyəcəyi və milyardlarla rublun alova atılmasının mənasız olduğu göstərilir.