06 iyul 2020 19:15
1179

Sılanın klipinə qadağa qoyuldu

Türkiyəli müğənni Sılanın "Karanfil" mahnısına çəkilən klip yayımı dayandırlıb.

Buna səbəb professor Orhan Kuralın ötən ay klipdən İstanbul məhkəməsinə şikayət verməsi olub. Belə ki, alimin fikrincə, ekran işi "insanları siqaretə təşviq edir". "Milyonlarla gəncin beyninə dəfələrlə təkrarlanan siqaret sözü yerləşdirilir. Bunun qəsdən edildiyini düşünürəm", - deyən Kural qələbəsinə görə məmnunluğunu bildirib.

Sıla isə məsələ ilə bağlı açıqlama vermək istəmir. //Qafqazinfo.az