20 may 2019 13:19
687

Sinqapur təyyarəsi tüstüləndi, Hindistanda təcili endi

Hindistanın Çennai hava limanında Sinqapurun “Scoot” büdcə aviaşirkətinə məxsus təyyarə təcili eniş edib.

Trend-in məlumatına görə, hadisəyə təyyarənin göyərtəsində tüstülənmə səbəb olub.

Təyyarə eniş etdikdən sonra sərnişinlər və heyət üzvləri təxliyə olunub. Təyyarədə 161 nəfər olub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. Hazırda faktla bağlı araşdırma aparılır.