12 fevral 2020 21:17
643

Sinqapurda bankın 300 əməkdaşı təxliyə olundu

Sinqapurda “DBS Asia” bankının mərkəzi ofisinin 300 əməkdaşı təxliyə olunub.

Buna əməkdaşlardan birinin koronavirusa yoluxması səbəb olub.

Qeyd olunur ki, bununla əlaqədar olaraq “Marina Bay” biznes mərkəzinin 43-cü mərtəbəsində işləyən əməkdaşlar evə göndərilib. Həmin mərtəbə isə dezinfeksiya edilib.

Binanın digər mərtəbələrində işləyənlərə təxliyə tapşırığı verilməyib.

Koronavirusa yoluxan əməkdaş karantinə alınıb. //Trend