09 dekabr 2019 20:27
2157

Sirri vermə dostuna, dostunun da dostu var...

Alimlərin müşahidələrinə görə, sir  saxlamaq psixi durumunuza  müəyyən zərər verə bilər. Buna görə də insanların əksəriyyəti qeybət edib  özlərini qoruyaraq, digər insanların həyatını korlayırlar. Lakin öz psixikanızı qorumaqla bərabər, başqalarının da  həyatı üçün  problem yaratmamalısınız. Bu məsələni elmi cəhətdən həll etməyin etibarlı yolları vardır.

Sizə etibar olunan sirləri saxlaya bilirsinizmi? Sirr saxlamaq iradə imtahanıdır. Sizə əmanət edilən sirri saxlamaq çətindirsə və içinizdə  sanki bir “qaşıntı” hiss edirsinizsə, demək olar ki, bildiyiniz bu informasiya sizə artıq əziyyət verir.  Tətqiqatçıların sözlərinə görə, sirlərin açıqlaması və yaxud dedi-qodular orqanizmimizi  və ruhumuzu dərhal sağaldır. Ancaq bunu etmək olarmı? Bu mövzunu müzakirə edərkən, məşhur ingilis şairi və tənqidçisi Samuel Consonsun sözləri yada düşür .Onun sözlərinə görə, öz sirrini saxlamaq müdriklikdir və bu sirrin başqalarının da saxlaya biləcəklərinə ümid etmək  sadəcə axmaqlıqdır.

Əvvəlcə niyə sirrinizi bölüşmək istədiyinizi bir düşünün. “Kolumbiya biznes məktəbinin” psixoterapevtlərinin düşüncələrinə görə, insanlar sirləri ilə tək qalmaq istəmirlər və təklikdən qorxaraq “gizli dünyalarını” başqalarına “ etibar” edirlər. Bəzi insanlara müəyyən bir bilginin sirr olduğunu söyləyəndə  onlar özlərini  sanki bir çərçivə içində hiss edirlər. Bəziləri bir sirri paylaşıb,müzakirə edərək rahatlıq tapırlar, bəziləri isə kimlərəsə xoş gəlmək üçün onlara etibar edilən məlumatı başqalarına yayırlar. Beverli-Xilzdən olan psixoterapevt Fren Uonfilş sirləri yalnız yaxın insanlarınıza (ailədən olan qohumlarınıza) etibar etməyi  məsləhət görür. Onun fikirlərinə görə, bu məlumatları biz  məsələyə aidiyyəti olmayan bir insanla da bölüşə bilərik. Lakin Fren Uonfilşın düşüncələrinə görə, ən yaxşı çıxış yolu psixoterapevtin qəbuna gedərək  sizi narahat edib, boğan bu sirləri onunla müzakirə edib rahatlıq tapmaqdır.

Baylor Tibb Kolecenin professoru və icraçı müavini Asim Şahın sözlərinə görə, sirlərinizi sizi mühakimə etməyə meyilli insanlara söyləməyin. Bir sirri tanımadığınız bir insana və yaxud uzaq olan bir dostunuza söyləyə bilərsiniz. Sirlənizi etibar etməkdən öncə  həmsöhbətinizin yaxınlarınızın  tanışı olmadığına əmin olun. Uyğun namizədlər arasında bərbərlər,barmenlər , qatarda tanış olduğunuz kupe qonşularınız,internetdə yazışdığınız tanışlarınız ola bilər. Asim Şahın sirlərlə bağlı maraqlı düşüncələri var. Onun sözlərinə  görə bir sirri bölüşərkən  susmaq barəsində bir söz almaq lazım deyil, çünki verdiyi sözdən sonra  həmin insan sizin sirrinizi daha on nəfərlə bölüşür. Heç vaxt  qəlbinizdə olan sirrinizi,qəlbinizdən başqa heç kimə söyləməyin.

Müşahidələrə görə,ən çox qadınlar onlara etibar edilən sirləri saxlamaqda çətinlik çəkirlər. Fransız filosofu Jan Labrüerin sözlərinə görə, kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini qorumaqla məşğuldur.

Samirə Tağıyeva, “İki sahil”