13 avqust 2020 11:32
1005

"Sivasspor"un Kılınçı “Qalatasaray”da

"Qalatasaray" növbəti transferini həyata keçirib.

“İki sahil” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" "Sivasspor"dan ayrılan Emre Kılınçı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, E.Kılınç Superliqada başa çatan mövsüm 28 oyuna 8 qol vurub, 5 qol ötürməsi edib.