06 avqust 2020 12:03
794

Siyavuş Novruzov: Biz bu gün Naxçıvanı qorumalıyıq

Naxçıvana əlavə 1,3 milyon vəsait ayrılıb. Bu çox azdır və buna yenidən baxılmalı, artırılmalıdır. Naxçıvana ayrılan dotasiya artırılmalıdır.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Naxçıvanın demək olar ki, bir tərəfi Ermənistanla sərhəddi. S.Novruzov qeyd edib ki, bu gün Ermənistanın ən çox qorxduğu Əlahiddə Ümumqoşun Ordusudur.