07 noyabr 2019 19:23
1400

Siz bu ayaqqabıların hansını seçərdiniz?

Hamımız “Zoluşka” nağılını oxumuşuq və bir cüt ayaqqabının insan həyatını necə dəyişdirdiyini yaxşı xatırlayırıq. Hər bir qadın belə bir xrustal ayaqqabısının olmasını çox istərdi.  Dünyada fərqli ayaqqabı markaları  var və markasına görə qiymətləri də müxtəlifdir. Aləmə səs salan 10 ən bahalı və dəbdəbəli ayaqqabılardan danışaq.

“Zoluşkanın xrustal ayaqqabısı”: Bu əsrarəngiz ayaqqabının müəllifi  Yeni Zelandiyadan olan Ketrin Uilsondur. Bu ayaqqabının  qiyməti təxminən 418 450 min dollardır. Əl işi olan   ayaqqabının ərsəyə gəlməsinə 50 saat vaxt sərf edilib və onun üzərində 2 minə yaxın dəyərli brilyant qaş var.

“Brilyant arzu”: Stuard Vaysman tərəfindən hazırlanıb. Qiyməti 500 000 dollardır. Təsəvvür edin ki, bu ayaqqabılar 1500 min brilyant qaşlarla bəzədilib. Ayaqqabının dəyəri 30 karat brilyantın dəyərindədir və təmiz platindəndir.

“Merlin Monro” adını daşıyan bu ayaqqabının müəllifi Stuard Vaysmandır. Bu ayaqqabını birinci dəfə Rejina King 2005-ci ildə  “Oskar”  mükafatlandırılması mərasimində geyinib, sonra ayaqqabı auksionda 1 milyon dollara satılmışdır. Ayaqqabı Svarovski daşları ilə bəzədilib və üzərində satindən olan qızılgül var.

“Retro Rose” ayaqqabısının modeli 1940-ci ildə Stuard Vaysman tərəfindən icad edilib .Qızıldan olan bu ayaqqabı 1800-ə qədər bahalı brilyant daşlar ilə bəzədilib. Bu daş-qaşlar məşhur Kvint firmasına aiddir. Dəyəri təxminən 1milyon dollara qədərdir.

“Rubin sandallar” 123 karatdır, təmiz qırmızı atlasdan hazırlanmışdı. Üzərində 642 rubin qaş var. Bu ayaqqabılar Londonda hərracda 2 milyon dollara satılıb.

“Platin sandallar” Bu ayaqqabıları 2002-ci ildə Laura Herrinq “Oskar” mükafatlandırması mərasimində geyinib. Təmiz platindən olan bu ayaqqabının ayaq bağı belə 464 brilyantla bəzədilib. Qiyməti 1milyon 90 min dollardır. Ayaqqabının üzərində olan daş-qaşlar “Kvint” firmasına aiddir.

“Tanzalit qaşları ilə bəzədilən sandallar” Bu qiymətli ayaqqabının qiyməti 2 milyon dəyərindədir. Ayaqqabının müəllifləri Stuard Vaysman və Eddi Vianomdur. Dəyərli ayaqqabının üzərində 2 rəngin(ağ və göy)ahəngini görmək olar.Bu ayaqqabının  ayaq bağları belə 185 əyarlı bahalı tanzanit daşları ilə bəzədilib.

“Zoluşkanın dikdaban sandalları” 11 santimetrlik dikdabana malikdir. Bu ayaqqabıları 2004-ci ildə Elison Kraus ilk dəfə “Qırmızı xalıda”geyib. Ayaqqabıların üzərində 1milyon dəyərində olan amaretto qaşları var, 595 əyarlı brilyant qaşlarla bəzədilib. Qiyməti 2 milyon dollardır.

“Rita Heyvort” adlandırılan bu ayaqqabılar satin və brilyantdan hazırlanıb. Qəhvəyi rəng bu ayaqqabıya ayrı bir gözəllik qatır. 40-ci illərdə bu ayaqqabılar Hollivud ulduzu Rita Heyvorda məxsus olub. Qiyməti 3 milyon dollardır. Hazırda bu ayaqqabılar Rita Heyvordun qızına məxsusdur.

“Rubin ayaqqabı” Bu ayaqqabılar 4600 rubindən və 50 əyarlı brilyantdan hazırlanıb. 1939-ci ilə aid bu ayaqqabının modeli “Əfsanələr ölkəsi” filmindən götürülüb. Bu əsrarəngiz ayaqqabının qiyməti 3.5 milyon dollardır.

Bəs sizin qarşınızda  bir seçim olsaydı, hansını seçərdiniz?

Mirfactov.som saytının materialları əsasında hazırladı: 

Samirə Tağıyeva, “İki sahil”