21 avqust 2019 21:09
763

Sızmanın qarşısı alınır

ABŞ-ın Sahil Gözətçiliyi Nyu-Orlean  limanının cənub-şərqindən 65 km aralıdakı ərazidə baş verən sızmanın qarşısını almağı planlaşdırır.  Hava şəraiti əlverişli olarsa bu həftənin sonuna qədər əməliyyatlara başlanılacaq. “Time Energy LLC”  şirkətinə məxsus  boru xəttində yaranan problem nəticəsində təxminən  3000 və 3800 litr  neft sızaraq ərazini çirkləndirmişdi.

“İki sahil” ktbs.com saytına istinadən xəbər verir ki, tez-tez baş verən sızmalar canlı təbiətə hələ ki,  ziyan verməsə də,  federal bürolar artıq  baş verən sızmaların qarşısını birdəfəlik almağı nəzərdə tutan müqavilələri  imzalamağa başlayıblar.

Leyla,

“İki sahil”