04 dekabr 2019 20:29
123

Sızmanın səbəbi araşdırılır

Yeni Zellandiyanın Taranaki bölgəsindəki dünyaca məşhur çimərliklərindən birində sızma səbəbindən hələ də tədqiqatlar aparılır. Taranaki Regional Council konsulluğu sözügedən Oakura çimərliyində təqdiqatları davam etdirir. Konsulluğun direktoru Fred Mcley tezliklə sızmanın mənbəyinin aşkar olunacağını və çimərliyin cənubunda təmizlik işlərinin tamamlanacağını bildirib. Çərşənbə axşamı nümayəndə heyəti çimərliyin yaxınlğındakı Ahu Rd adlı ərazidə olublar və burada neftlə çirklənən qum daşları aşkar ediblər. İşçilərin kürəkləri var idi və çirklənmiş qumu və dəniz yosunlarını qara plastik torbalara atırdılar. Bu, bölgədə bir neçə həftə ərzində baş verən ikinci neft sızmasıdır.

“İki sahil” stuff.co.nz saytına istinadən xəbər verir ki, təxminən 10 gün əvvəl Taranaki sahillərində, saxlama və yükləmə gəmisi olan Umuroanın yaxınlığında az miqdarda neft aşkar olunmuşdu. Sözügedən gəmi Taranaki Tui neft yatağının 60 kilometrliyində yerləşir. Bu da çirklənməni yaradan şübhələrdən biri olaraq qalır.