30 yanvar 2019 11:24
160

SOCAR 1900 hektardan çox ərazidə rekultivasiya işləri aparıb

Son 10 ildə SOCAR 1900 hektardan çox ərazidə rekultivasiya işləri aparıb.

Bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, neftlə çirklənmiş torpaqlar təmizləndikdən sonra həmin ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbi, “Bibiheybətneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) ərazisindəki bina inşa edilib. Qala qəsəbəsində isə 10 hektara yaxın ərazini əhatə edən “Eko-Park” da neftdən təmizlənmiş torpaqlarda salınıb.