20 yanvar 2021 17:17
822

SOCAR Bakı-Novorossiysk kəməri ilə neft nəqlini artıracaq

Transneft” və SOCAR şirkətləri 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan artıq Azərbaycan neftinin nəqlinə dair müqavilə imzalayıb.

Bu barədə “Transneft” şirkətinin mətbuat katibi İqor Demin məlumat verib.

Məlumata görə, fevralda bu marşrut ilə 85 min ton həcmdə Azərbaycan neftinin nəqli planlaşdırılır.

Azərbaycan 1997-ci ildən etibarən Bakı-Novorossiysk boru kəməri ilə öz neftini nəql edir. 2020-ci ildə SOCAR bu istiqamət üzrə neft ixracını 30% - 613 min tonadək azaldıb.

Rusiyanın neft nəqli qrafiki ilə tanış mənbə məlumat verib ki, 2021-ci ilin birinci rübündə Novorossiysk istiqamətində 340 min ton həcmdə Azərbaycan neftinin ixracı planlaşdırılır. Lakin yanvarda Azərbaycandan xam neftin ixracı həyata keçirilməyib, çünki SOCAR bütün həcmləri Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə göndərib(interfaks).