19 mart 2019 13:50
1062

SOCAR-da Liviya Milli Neft Korparasiyasının sədri ilə görüş keçirildi - FOTO

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanallanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
SOCAR-ın prezidenti R.Abdullayev Azərbaycanda həyata keçirilən neft strategiyası, SOCAR-ın fəaliyyəti, qlobal və regional əhəmiyyətli layihələri haqqında qonaqlara ətraflı məlumat vermişdir. Həmçinin qeyd edilmişdir ki, bir zamanlar Liviyalı tələbələr Azərbaycanda neft ixtisasları üzrə təhsil almışlar, bu gün də həmin ənənə davam etdirilə bilər. SOCAR-ın Bakı Ali Neft Məktəbi bu sahədə bütün imkalara malikdir. 

Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanalla səmimi qəbul üçün SOCAR rəhbərliyinə minnətdarlığını bildirmiş, Azərbaycanın təcrübəsinin onlarda hər zaman maraq doğurduğunu vurğulamışdır. Görüşdə neft sənayesinin müxtəlif istiqamətləri sahəsində əməkdaşlığın prioritetləri müzakirə olunmuş, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

SOCAR haqqında hazırlanmış təqdimat qonaqlarda böyük maraq yaratmışdır.