SOCAR-ın “Azneft” İstehsalat Birliyinə yeni baş mühəndis təyinatı olub.
Birliyin baş direktorunun birinci müavini, baş mühəndis vəzifəsinə təcrübəli neftçi Rövşən Qarayev təyin edilib.
"İki sahil" xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin "Facebook" səhifəsində məlumat verilib.
Rövşən Qarayev artıq Birliyin kollektivinə təqdim edilib.