23 aprel 2019 12:38
1054

SOCAR F1-in yeni titul sponsoru olub

Sponsor ilə kontrakt yalnız bir mərhələ - 2019-cu il aprelin 26-dan 28-dək Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi üçün imzalanıb.

2019-cu il Azərbaycan Qran-prisi dünya çempionatının dördüncü mərhələsi olacaq. İlk üç mərhələnin yekunlarına görə üç yürüşdə iki qələbə qazanmış Lyuis Hemilton ümumi hesabda liderliyi əldə saxlayır. Hemiltonun komanda yoldaşı Valtteri Bottas ikinci yeri tutur. Bottasın aktivində bir qələbə və iki ikinci yer var.