05 mart 2020 18:07
2601

SOCAR Gürcüstanda qazlaşdırma işlərini davam etdirir

SOCAR-ın Gürcüstanda apardığı qazlaşdırma işləri çərçivəsində hər il on mindən çox abunəçi təbii qazdan istifadə imkanı əldə edir.

Bu sözləri “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.

O qeyd edib ki, 2008-ci ildə Gürcüstanda qazlaşdırma səviyyəsi 46 faiz olub. SOCAR-ın apardığı qazlaşdırma işləri nəticəsində bu göstərici hazırda 78 faizə çatıb. //AZƏRTAC