21 yanvar 2021 13:11
1133

SOCAR hava şəraiti ilə əlaqədar dənizdə işləri dayandırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hava şəraiti ilə əlaqədar dənizdə açıq sahələrdə işləri dayandırıb.

Bunu "İki sahil"ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib: "Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib və dənizdə açıq sahələrdə işlər dayandırılıb".