28 iyul 2020 12:31
1938

SOCAR-ın İnsan Resursları Departamenti əsas fəaliyyət göstəricilərini açıqladı

2019-cu il və 2020-ci ilin 6 ayı üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamenti müəyyən edilmiş 14 528 nəfərlik təlim ehtiyacının 9 675 nəfərlik hissəsi təmin olunub. 

Bunu SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli şirkətdə İnsan Resurslarının İdarə edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşdə bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində təlim mərkəzlərində keçirilən ixtisasartırma, yenidən hazırlanma, maarifləndirmə və sairə kimi təlimlərdə dinləyici sayı 7 337 nəfər təşkil edib.

A.Bəkirli bildirib ki, bu müddət ərzində şirkətdə 1 517 vakansiya elan edilib: “Vakansiyalara elektron qaydada müraciət edən namizədlərin sayı105 646 olub. Bunlardan 21 367 nəfər test mərhələsində iştirak edib. Müsabiqə vasitəsilə işə qəbul edilən işçilərin sayı 1 480 olub. 136 tarif-ixtisas komissiyası üzrə 622 nəfər karyera yüksəlişi əldə edib”.