15 fevral 2019 17:55
1106

SOCAR-ın işçisi dənizə düşərək ölüb

Fevralın 15-də MPK-460” gəmisi “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.

SOCAR-dan “İki sahil”ə verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov  “Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.

Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

SOCAR kollektivi mərhumun ailəsinə başsağlığı verir, səbr diləyir.