SOCAR-ın mayeləşdirilmiş təbii qaz (LNG) üzrə qlobal ticarət dövriyyəsi 4 dəfə çoxalıb.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“Hər il yeni sahələrə və yeni bazarlara qədəm qoyur, biznesimizi genişləndiririk. Mayeləşdirilmiş təbii qaz kimi bizim üçün yeni olan bir əmtəə bazarına 2017-ci ildə daxil olmağımıza baxmayaraq, cəmi bir il ərzində bu yanacaq növü üzrə qlobal ticarət dövriyyəmizi 4 dəfədən çox artırmağa nail olmuşuq”, - deyə SOCAR-ın prezidenti bildirib.