09 yanvar 2020 16:35
952

SOCAR- ın “Qaz İxrac” İdarəsində qanvermə aksiyası keçirilib - FOTO

  ''Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı'' Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda “Qaz İxrac” İdarəsinin kollektivi ötən illərdə olduğu kimi, bu il də fəal iştirak edib.

“İki sahil” xəbər verir ki, azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü humanitar aksiyada idarə aparatının, xüsusilə də idarənin Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları yüksək fəallıqla iştirak ediblər.

 Qanvermə aksiyası B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun həkimləri tərəfindən həyata keçirilmişdir.

  Əvvəlcə həkimlər tərəfindən qanverənin qan təzyiqi ölçülüb, qan qrupu müəyyən edilmiş və könüllünün aksiyada iştirakını əngəlləyəcək xəstəliyinin olub-olmaması dəqiqləşdirildikdən sonra aksiyada iştirakına icazə verilib.

  Qanvermə aksiyasında   ümumilikdə 103 nəfərdən çox əməkdaş iştirak edib və  qan verərək talassemiyadan əziyyət çəkən uşaqlara öz yardımlarını göstəriblər.

  Aksiya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, bu kimi aksiyalarda yaxından iştirak etməyi özlərinin vətəndaşlıq borcu sayırlar.

 Həzi Həsənli