29 aprel 2020 10:40
1853

SOCAR Naftalandakı aztəminatlı ailələrə dəstək olub - FOTO

SOCAR tərəfindən cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verilərək Naftalan şəhərində, şəhərin Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində tənha yaşayan ahıllara, aztəminatlı, qayğıya ehtiyacı olan ailələrə və şəhid ailələrinə yardım edilib.

Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 500 ailənin ünvanına çatdırılıb.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, eləcə də ölkəmizdə, o cümlədən Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə görülən tədbirlərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.