21 fevral 2020 10:00
1552

SOCAR ötən il dövlət büdcəsinə 1,62 milyard manat ödəyib

SOCAR 2019-cu il ərzində dövlət büdcəsinə 1,62 mlrd. manat ödəyib və şirkətin büdcə ödənişlərinin əvvəlki ilə nisbətən təqribən 1% artıb.

SOCAR-dan "İki sahil"ə verilən məlumata görə, 2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28%, əlavə dəyər vergisi 18%, mənfəət vergisi 16%, ixrac vergisi 10%, mədən vergisi 8%, gəlir vergisi 5%, əmlak vergisi, torpaq vergisi, yol vergisi, mənbədən vergi də daxil olmaqla digər vergi və ödənişlər ümumi ödənişlərin 15%-ni təşkil edib.