19 yanvar 2021 11:43
913

SOCAR Rumıniyadakı fəaliyyətini genişləndirməkdə davam edir

SOCAR Rumıniyada yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdə davam edir.

Dövlət Neft Şirkətindən (SOCAR)  "İki sahil"ə verilən məlumata əsasən, hazırda Rumıniyanın 24 regionunda 61 SOCAR brendli yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Məlumatda bildirilir ki, yanacaqdoldurma məntəqələrindən elektrik və qazla (LPG) işləyən nəqliyyat vasitələrinin sürücüləri də istifadə edə bilirlər.

Qeyd edilib ki, elektromobillərin enerji ilə təminatı Rumıniya ərazisində ilk dəfə məhz SOCAR məntəqələrində həyata keçirilib.

Xatırladaq ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti “SOCAR Petroleum SA”nı təsis etməklə, SOCAR brendi altında yanacaqdoldurma məntəqələri vasitəsilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb.