03 dekabr 2020 19:01
940

SOCAR Rumıniyanın 18 rayonunda yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir

SOCAR Rumıniyanın 18 rayonunda yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinə malikdir.

"İki sahil" xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.

Hesabatda qeyd edilir ki, SOCAR Rumıniya bazarındakı fəaliyyətini “SOCAR Petroleum S.A” şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2011-ci il yanvarın 30-da “ROMTRANSPETROL” strukturu əsasında Botosani şəhərində təsis edilib və cəmi 12 yanacaqdoldurma məntəqəsi ilə fəaliyyətə başlayıb. Şirkət Rumıniya bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur.

SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir. 2019-cu il ərzində Rumıniyada SOCAR YDM-in sayı 43-ə (iki yeni məntəqə) çatdırılıb, ən müasir texnologiya və avadanlıqlarla təchiz edilib. “SOCAR Petroleum S.A” “Nano” markalı 4 növ yanacaq satışını həyata keçirir.

Rumıniyanın Timişoara şəhərində “SOCAR” brendi ilə sonuncu tikilən sayca 40-cı YDM-də elektriklə işləyən avtomobillər üçün şarj quraşdırılıb. Müştərilərə YDM ərazilərindəki “Nar” kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur.