04 dekabr 2020 18:38
1542

SOCAR Ukraynada fəaliyyətini genişləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu günədək "SOCAR Energy Ukraine" şirkətinə 300 milyon dollaradək investisiya qoyub.

Bu barədə SOCAR-ın "Dayanıqlı inkişaf" hesabatında məlumat verilir.

Hesabata əsasən. Ukrayna ərazisində şirkətə məxsus 60-dan çox yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyət göstərir.

2019-cu ildə “SOCAR Energy Ukraine” şirkəti kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün Kiyevdə və Odessada 2 üzən YDM işə salıb.