15 avqust 2019 14:11
1515

SOCAR Ukraynada yeni yanacaqdoldurma məntəqəsi açdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynanın paytaxtı Kiyevdə yeni yanacaqdoldurma məntəqəsi açıb.

Bu barədə “SOCAR Energy Ukraine” şirkətindən məlumat veriblər.

Yeni məntəqə Stoliçnoye şosse, 100 ünvanında yerləşir.

Yanacaqdoldurma məntəqəsində A-92, A-95, eləcə də Nano-A 98, A 95, “Diesel Nano” və “Diesel Nano Extra” yanacaqları müştərilərə təklif olunacaq.

Bu stansiya SOCAR-ın Ukraynada sayca 60-cı yanacaqdoldurma məntəqəsidir.