13 sentyabr 2019 11:28
104

Son 12 ildə Azərbaycanın təbii hasilatı 5 dəfədən çox artıb

Ötən 12 ildə Azərbaycanın təbii qaz istehsalı 5 dəfədən çox artıb.

AZƏRTAC xəbər verir ki, 2007-ci ildə ölkədə 1,82 milyard kubmetr olan qaz hasilatı 2018-ci ildə 5 dəfədən çox artaraq 9,44 milyard kubmetrə çatıb. Cari ilin 8 ayında isə Azərbaycanda əmtəəlik qaz istehsalı 30,9 faiz artıb.