26 oktyabr 2020 16:41
682

Son 24 saat ərzində İranda koronavirusdan 337 nəfər ölüb

Bu günə olan məlumata görə İranda 5 min 960 nəfər koronavirusa yoluxub, 337 nəfər isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə İranda virusa yoluxanların ümumi sayı 574 min 896 nəfər, ölənlərin sayı isə 32 min 953-a çatıb.

Müalicəsi davam edən 4 min 982 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 459 min 250 nəfər sağalaraq evə buraxılıb.

İranda koronavirusla bağlı Ali Rəhbər Ali Xamneyinin yanında müşavirə keçirilib. Prezident Həsən Ruhani vəziyyətin acınacaqlı olduğunu nəzərə çatdırıb. Müşavirədə karantin tədbirlərinin gücləndirilməsi haqqında qərar qəbul edilib.