13 mart 2020 18:22
1121

Son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb

“Son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb. Bu o deməkdir ki, neftin hazırki qiyməti büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır”. 

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında deyib.

T.Mirkişili bildirib ki, əhali heç bir təşvişə düşməməlidir. “Bu gün Azərbaycanın banklarında kifayət qədər xarici valyuta var. Azərbaycanın valyuta ehtiyatları əhalini bu cür risklərdən qorumağa imkan verir. Baş Nazirin yanında keçirilən müşavirədə də bu məsələlərə aydınlıq gətirilib”-deyə, komitə sədri vurğulayıb.