10 yanvar 2020 20:51
466

Son onilliyin ən çox satılan valları

Son onilliyin ən çox satılan vallarının reytinqi açıqlanıb.

Birinci yerdə “The Beatles” qrupunun “Abbey Road” albomu yer alıb.

Həmin albom 10 il ərzində val formasında 558 min nüsxədə satılıb.

İkinci yerdə 376 min nüsxə ilə “Pink Floyd” qrupunun “The Dar Side of the Moon” valı, üçüncü yerdə 367 min nüsxə ilə “Qalaktikanın mühafizəçiləri” filminin saundtrek albomu yer alıb.

Maykl Cekson, Bob Marli, Emi Vaynhaus kimi ulduzların valları da ilk onluqdadır. //Trend