29 sentyabr 2020 17:07
816

Son sutkada 58 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb

Azərbaycanda son sutkada 58 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.