29 noyabr 2020 21:23
601

Son sutkada İranda koronavirusdan 289 nəfər ölüb

Son 24 saat ərzində İranda 12 min 950 nəfər koronavirusa yoluxub, 389 nəfər isə həyatını itirib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 948 min 749-a, yoluxaraq ölənlərin sayı isə 47 min 875-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 859 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 658 min 292 nəfər isə sağalaraq evə buraxılıb.